IQNA

Xanım Həzrət Məsumə (s) hərəmində Səudiyyə rejiminin cinayətlərini nümayiş etdirən “ürək parçaları” adlı foto sərgi təşkil olunub

12:14 - April 15, 2011
Xəbər sayı: 2105873
İncəsənət və Mədəniyyət şöbəsi: İranın Qum şəhərində Xanım Həzrət Məsumə (s) hərəmində Səudiyyə Ərəbistan rejiminin Bəhreyndə törətdiyi cinayətləri əks etdirən “ürək parçaları” adlı foto sərgi təşkil olunub.
İQNA Quran agentliyinin Qum şöbəsinin məlumatına əsasən, foto sərgidə Ali-Xəlifə və Ali-Səudun Qərbin dəstəyi ilə törətdiyi cinayətlərin fotoları nümayiş olunur. Sərgidə hər bir insanın ürəyini ağrıdacaq Bəhreyn şəhidlərinin bədənindəki güllələr, Bəhreynli şəhidlərin salfana bükülərək küçələrdə atılması, Bəhreyn xalqına xüsusi ilə qadınlarıa hörmətsizlik fotoları sərgilənir.
Sərgidə həmçinin dağılmış məscidlərin, hüseyniyyələrin dağıdılması, Bəhreyn xalqının ağır gündəlik yaşayışı, polislərin xalqa hücumları, İslam dünyası müctəhidlərinin Səudiyyə rejiminin və Bəhreyn rejiminin törətdiyi cinayətləri pisləyən bəyanatların surəti nümayiş etdirilir.
İranın Böyük Rəhbəri Ayətullah Əli Xameneinin , Ayətullah Sistaninin, Ayətullah Vəhid Xorasaninin, Ayətullah Məkarim Şirazinin, Seyyid Həsən Nəsrulahın və bəzi digər müctəhidlərin Bəhreyndəki cinayətləri pisləyən bəyanatları sərgidə nümayiş olunur.
Qeyd edək ki, Ali-Xəlifə və Ali – Səud Bəhreyndə indiyədək 20 nəfəri şəhid ediblər və eləcədə 60 nəfər itgin düşüb və xeyli sayda insan yaralanıb. Seyyid Həsən Nəsrullahın çıxışlarının birində deyilir ki, Bəhreyn rejimi öz hüquqlarını tələb etmək üçün əllərində gül ilə küçələrə gəlmişdi və güllə ilə cavab aldı. İndi belə bir sual yaranır ki, o şəxslər ki, öz xalqlarını əcnəbilərin və kafirlərin köməyi ilə əzişdirirlər özlərini necə müsəlman adlandıra bilərlər.774075
captcha