İQNA Quran agentliyinin “Əl-Kövsər” saytına istinadən məlumatına əsasən, şeyx Əhməd Qasim ötən gün İmam Sadiq (ə) məscidində çıxışı zamanı bildirib ki, islahat bütün sahələrdə aparılmalıdır, təkcə Allahın haram buyurduğu sahələrdə islahata yer yoxdur.
O əlavə edib ki, vəzifə sahibi olan şəxslər, ictimaiyyət qarşısında ədalətli və insaflı olmağa borcludurlar.
“Dövlətlərin üzərində böyük məsuliyyət var , onlar islahat aparacaq ilk orqanlardır və islahat istəyən şəxslərə cavab verməlidirlər”,-deyə Qasim deyib.
O əlavə edib ki, özünə güvənən və xalqın ona fəxr etdiyi dövlət, o dövlətdir ki, vətəndaşlar ondan razı olmuş olsun və ləyaqətli şəxslər hökumətdə yer almış olsun.775072