İQNA Quran agentliyinin Trend-ə istinadən məlumatına görə, Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğində iştirak haqqı ödəməlidirlər. Tender təklifi Azərbaycan dilində hazırlanır. Tender təklifinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: mövcud qanunvericiliyə uyğun olaraq ən səmərəli tender təklifinə, yüksək keyfiyyətə, iddiaçıların reytinqinə və analoji işlər üzrə təcrübəsinə, kadr potensialına, maliyyə və texniki imkanlarına.
Tenderdə iştirak etmək istəyənlər 2011-ci ilin may ayının 2-si saat 17:00-dək Azərbaycan Beynəlxalq Bankına (Bakı şəhəri, Nizami küçəsi 67) lazimi sənədləri təqdim etməlidirlər
İddiaçılar 16 may 2011-ci il saat 17:00-dək ABB-yə tender təklifi və 1 faizi həcmində bank təminatını təqdim etməlidirlər. Zərflər 23 m ay 2011-ci il saat 11 : 00-da Azərbaycan Beynəlxalq Bankınd a açılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının əhalisini 99 faizi müsəlmandır və bu ölkə İrandan sonra ikinci şiə ölkəsidir. 774469