İQNA Quran agentliyinin “masrawy” saytına istinadən məlumatına əsasən, BMT Baş katibi Pan Gi Mun deyib ki, Qurana hörmətsizlik qəbul olunmaz hərəkətdir, bu kimi hərəkətləri məsuliyyətsiz və dözümsüzlük istəyən şəxslər törədir.
O əlavə edib ki, BMT dinlər arasında anlaşma yaratmağa çalışmalarını davam etdirəcək.
“Müqəddəs Quran kitabına hörmətsizlik mənfi hərəkətdir, qəbul olunmazdır və anlamamazlıq (qanmazlıq) əlamətidir. Mən xalqlar arasında ayrı seçkilik yaratmaq məqsədi ilə atılmış bu qərəzli hərəkəti pisləyirəm”, -deyə Pan Gi Mun öz cavab məktubunda deyib.
BMT baş katibi deyib ki, biz mədəniyyətlərarası və dinlərarası anlaşma və səbirli olmaq haqqında danışmalıyıq, sayları az olan şəxslərin ictimaiyyətdə münasibətləri korlamasına və özbaşına hərəkətləri ilə düşmənçilik yaratmasına icazə verməməliyik.
“milliyyəti, etnik qrupu, mədəniyyəti, din və vicdanından asılı olmayaraq hər bir xalqın təhlükəsizliyini və rifahını təmin etmək BMT-nin əsas hədəflərindədir”, -deyə Pan Gi Mun deyib.
Qeyd edək ki, İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai mart ayının 23-də BMT baş katibinə məktub yazaraq ABŞ-ın Florida ştatında kilsələrin birində Quranın yandırılmasından təssüfləndiyini və BMT-nin bu məsələ qarşısında mövqe bildirməsini istəmişdi. 774680