İQNA Quran agentliyinin “SPA” saytına istinadən məlumatına əsasən, beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən müsəlman alimlər və ziyalılar iştirak edəcək. Onlar müsəlman xalqlarının hazırkı vəziyyəti və İslam dünyasındakı problemlər və onların həlli yollarını araşdıracaqlar.
İslam Dünyası Birliyinin baş katibi Abdullah bin Abdulmöhsin Əl-Türki belə konfransların keçirilməsinin zəruriliyindən danışıb və deyib ki, birlik həm keçmişdə , həm də indi İslam ölkələrindəki problemləri və məsələləri izləyir və çalışır ki, dünyanın müxtəlif ölkələrindən olan ziyalıların fikirlərini həmin problemlərin həlli ilə bağlı öyrənsin və həll etsin. 777614