İQNA Quran agentliyinin “algeriesoir” saytına istinadən məlumatına əsasən, Romada yaşayn müsəlmanlar İtalya hökumətinin siyasətlərinə və məscdi tikintisinə icazə verilməməsinə etiraz əlaməti olaraq bu addımı atıblar.
Onlar cümə namazından sonra İtalya hökumətindən tələb ediblər ki, İslam dinini digər dinlər kimi ölkədə rəsmiyyətə tanısın və müsəlmanlar barədə ayrı seçkiliyə son qoysun.
Cümə namazında iştirak edən müsəlmanlardan biri jurnalistlərə açıqlamasında deyib ki, biz cümə namazını əsas meydanların birində qılmaqla hökumətin siyasətinə etiraz edirik. Dövlətdən istəyirik ki, İslam dinini rəsmiyyətə tanısın və müsəlmanlar üçün namaz qılmağa məscid tikməyə icazə versin. 779134