İQNA Quran agentliyinin “Reuters” agentliyinə istinadən məlumatına əsasən, Wasatch kilsəsinin rəsmiləri Qurani-Kərimi İngilis dilində tərcüməsini bu gün Solt – Leyk- Siti kitabxanasında əhali arasında paylayır.
Wasatch kilsəsinin keşişi Skat Dalqarno deyib ki, dünyada 1.6 milyard müsəlman Quranı sonuncu İlahi kitab olduğuna inanır, lakin bəziləri bu kitab haqda heç nə bilmir və ona qarşı çıxırlar. Əgər kimsə bu kitab haqda məlumat əldə etmək istəyirsə Quranın bir nüsxəsini əldə edib onu araşdırıb və onun haqda düşünə bilər.
O əlavə edib ki, biz bu layihəni Teri Conzun Qurana hormətsizliyinə cavab olaraq atırıq və əhalini Quranı oxuyaraq onun haqqında maariflənməyə dəvət edirik. 780341