IQNA

Səudiyyə Ərəbistanın Mədinə şəhərində Quranın xəttatlığı üzrə beynəlxalq toplantı keçirilir

0:26 - April 27, 2011
Xəbər sayı: 2112741
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın Mədinə şəhərində aprelin 26-da “Məlik Fəhəd” Quran nəşri və çapı üzrə nəşriyyatın təşəbbüsü ilə dünyanın ən tanınmış xəttatlarının toplantısı öz işinə başlayıb.

İQNA Quran agentliyinin “Nəsic” saytına istinadən məlumatına əsasən, toplantı mayın 2-dək davam edəcək. Toplantıda Quran xəttatlığı üzrə 31 ölkədən 20 müəssisə və 280 dünyanın ən tanınmış qadın və kişi xəttatları işitrak edir. Toplantıda 600-dən çox xəttatlıq nümunəsi nümayiş olunacaq.
Toplantıda iştirak edən ən gənc xəttat Əl-Cəzairdən olan Məhəmməd Həmam Əl-Şəblin 13 yaşı var və ən yaşlı xəttat isə Misirdən olan Mahmud İbrahim Səlamədir ki, onun 92 yaşı var.
Toplantının açılış mərasimində Quran xəttaları, ekspertləri, alimlər, ziyalılar, rəsmi şəxslər iştirak edəcək və toplantı çərçivəsində müxtəlif sərgilərin təşkili, Məlik Fəhəd Quran Asambeleyasının Quranla bağlı layihələri ilə bağlı məruzələrin oxunması və “Quranın ən məşhur xəttatları və katibləri” adlı elmi məqalənin təqdimatı keçiriləcək.
Mədinədəki toplantıda iştirakçılar Quran xəttatlığı ilə bağlı təcrübələrini bölüşəcək və Quranın yazılmasında problemlər mövzusunda simpoziumlar təşkil olunacaq. Bundan başqa Quranın xəttatlığı kursları ilə tanışlıq məqsədi ilə qısa müddətli kurslar keçiriləcək.781034

captcha