IQNA

Fransa Piskoposlar Şurası dövlətin müsəlmanlara qarşı siyasətini tənqid edib

20:04 - April 27, 2011
Xəbər sayı: 2113414
Beynəlxalq şöbə: Fransa Piskoposlar Şurasının söçüsü (CEF) Mgr Podvin dövlətin ölkədə yaşayan müsəlmanlara qarşı siyasətini tənqid edib.
İQNA Quran agentliyinin “atlasinfo” saytına istinadən məlumat verir ki, Mgr Podvin “Europe 1” telekanalına müsahibəsində bildirib ki, Fransada yaşayan müsəlmanlar üçün namaz qılmağa əlverişli yer yoxdur. “Müsəlmanların xiyabanlarda namaz qılması üçün öz səbəbləri var. Hamımız bilirik ki, Fransada yaşayan müsəlmanlar namaz qılmaq üçün əlverişli yer axtarırlar. Bu səbəb olmamalıdır ki, bir dinin əsaslarını şübhə altına alaq və ona inananları həqiqi olmayan iddialarla ittihamlandıraq”, -deyə Podvin deyib.
Podvin Fransa daxili işlər naziri Klaude Gueantın müsəlmanların sayının artmasını bir təhlükə kimi görməsi və onu fransa üçün təhlükə kimi görməsi ilə bağlı dediklərini tənqid edərək deyib ki. əgər həqiqətən demokratik ölkə yaratmaq istəyiriksə bu kimi məsələlərə başqa zaviyədən baxmalıyıq.
Podvin deyib ki, Fransada 30 ilə yaxındır ki, müsəlmanlar və xristanlar arasında dialoq aparılır, bu dialoqda siyasi mativ yoxdur. Müsəlmanlar və xristianlar qarşılıqlı anlaşma və qardaş kimi bir-birinin yanında yaşamalıdır. 782265
captcha