İQNA Quran agentliyinin “Assiciated Press” agentliyinə istinadən məlumatına əsasən, sorğunun nəticələrinə görə, Misir xalqının 62 faizi ölkə konistitusiyasının Quran təlimlərinə uyğun tənzimlənməsin, 27 faiz isə ölkə konistitusiyasının İslami dəyərlərə və qaydalara uyğun tənzimlənməsinin tərəfdarıdır.
Sorğuya görə, Misirlilər həmçinin gələcək hökumətin təşkilində dini (islami) partiyaların da iştirakını görmək istəyirlər. “Misir xalqının 50 faizi gələcək hökumətdə İslami partiyaların iştirakını zəruri hesab edir, 37 faiz isə “Müsəlman Qardaşları” partiyasını ölkədə ən böyük İslami partiya kimi görürlər”, -sorğuda belə deyilir.
Sorğuda 1000 nəfər iştirak ediblər. 782226