İQNA Quran agentliyinin məlumatına əsasən, konfransda dünyanın müxtəlif ölkələrindən qeyri-hökumət təşkilatların nümayəndələri iştirak edəcək. Onlar müsəlman ölkələrində İslami oyanış hərəkatında iştirak edən qadınlar ilə həmrəylik nümayiş etdirmək üçün bu konfransa qatılacaqlar.
Konfrans yerli vaxtla saat 14:00-da İƏMT-nin ofisində keçiriləcək. Konfransda Əlcəzair, Livan, Tunis, Sudan , İraq, Suriya , ABŞ, Yaponiya, Bəhreyn və Argentinadan qeyri-hökumət təşkilatlarının nümayəndələri və İrandan 50 qeyri – hökumət təşkilatının nümayəndələri, dini azlıqların qadın nümayəndələri iştirak edəcəklər.
Konfransda həmçinin İran Parlamentinin insan haqları komitəsinin sədri Zöhrə İlahiyan, İƏMT-nin direktoru və bəzi digər rəsmilər, universitet müəllimləri və ekspertlər iştirak edəcəklər.
Qeyd edək ki, konfransın sonunda müsəlman ölkələrində baş verən islami oyanış hərəkatına dəstək əlaməti olaraq qeyri-hökumət təşkilatlarının birgə bəyənnaməsi qəbul olunacaq. 782140