IQNA

Bruneydə məktəb uşaqları arasında Quranın təfsiri üzrə müsabiqə keçirilib

23:11 - April 27, 2011
Xəbər sayı: 2113431
Siyasi və ictimai şöbə: Bruneyin Bəlayet regionunda fəaliyyət göstərən dini məktəbin şagirdləri arasında Quranın təfsiri üzrə şifahi müsabiqə təşkil olunub.
İQNA Quran agentliyinin “Bru Direct” saytına istinadən məlumatına əsasən, müsabiqədə məktəbin dörd, beş, altı, yeddi və səkkizinci sinif şagirdləri iştirak ediblər. Qız və oğlan şagirdlər arasında keçirilən müsabiqədə Quranın təfsirinin düzgünlüyü, təfsir qaydası və təfsirin sərbəst ifadəsini yoxlayırlar.
Müsabiqənin ilkin mərhələsi ötən gün keçirildi və birinci mərhələdə qələbə qazanmış şagirdlər digər mərhələlərdə iştirak edəcək. Müsabiqənin baglanış mərasimi iyul ayının 30 –da keçiriləcək.
Bu müsabiqələr 1964-ci ildən Bruney İslami İşlər Nazirliyinin İslami araşdırmalar idarəsi tərəfindən təşkil olunur. Müsabiqənin təşkilindən məqsəd şagirdlərin İslami təlimlər və Quran təlimləri ilə tanış olması və onların bu sahədə fəaliyyətlərini artımaqdır. 782343
captcha