IQNA

Amerikalı rejissor Beynəlxalq Quran müsabiqələri haqda sənədli film çəkib

23:44 - April 27, 2011
Xəbər sayı: 2113441
Beynəlxalq şöbə: Amerikalı rejissor Greg Barker Misir Beynəlxalq Quran müsəbiqəsi və orada iştirak etmiş üç azşalı Quran hafizi haqında “koran by heart” (varlığın dərinliyindən Quran) adlı sənədli film çəkib.
İQNA Quran agentliyinin “shorouknews”saytına istinadən məlumat verir ki, sənədli filmdə üç azyaşlı uşaq Misirdə keçirilən Beynəlxalq Quran müsabiqəsində Quranın əzbər oxunması üzrə müsabiqəyə qatılır və onların iştirakı prosesi sənədli film kimi lentə alınır.
Sənədli filmin rejissoru Barker bildirib ki, uzun müddət idi ki, İslam dünyası haqda filim hazırlamağı düşünürdüm, Misirdə Quran müsabiqəsinin keçirilməsi xəbəri eşidəndə , bu müsabiqə mənim üçün maraqlı oldu və qərara gəldim ki, müsabiqənin gedişindən sənədli film hazırlayım.
O əlavə edib ki, Quran müsabiqəsində yarışmaq çox maraqlı dastandır, ona görə ki, bu müsabiqə ABŞ-da İslam dininə qarşı təbliğatın əksini və həqiqi İslamın simasını göstərir. “Uşaqların da qatıldığı və iştirak etdiyi Quran müsabiqəsi haqda sənədli filmin hazırlanması mənim üçün rejissorluq fəaliyyətimdə yeni səhifə açdı”, -deyə Barker deyib.
O deyib ki, filimdə əsas rollarda oynayan müxtəlif millətdən olan 3 10 yaşlı uşaqdır.
Qeyd edək ki, Misir Beynəlxalq Quran müsabiqəsi hər il Ramazan ayında keçirilir. 782088
captcha