IQNA

Paris məscidi dini icması Fransa Müsəlmanlar Şurasının seçkilərinin təxirə salınmasını istədi

21:28 - April 28, 2011
Xəbər sayı: 2113723
Beynəlxalq şöbə: Paris məscidinin dini icmasının sədri Dəlil Bubəkr Fransa Müsəlmanlar Şurasının seçkilərinin təxirə salınmasını istəyib.
İQNA Quran agentliyinin “lejdd” saytına istinadən məlumatına əsasən, Paris məscidinin dini icmasının sədri Dəlil Bubəkr Fransa Müsəlmanlar Şurasının (CFCM) sədri Məhəmməd Musəviyə məktub yazaraq bu ölkədə bəzi müəslmanlar yaşayn şəhərlərdə seçkilərə hazırılıq prosesinin zəif olduğunu və bunun üçün CFCM öz üzvlərini seçmək üçün keçirəcəyi seçkiləri təxirə salmasını tələb edib.
Dəlil Bubəkr 2008-ci ilədək CFCM-nin sədri olub. O öz məktubunda bildirib ki, “hər hansı bir məntəqədən məscinin ərazisinin böyük və ya kiçik olmasını görə bir və ya bir neçə nümayəndənin seçilməsi məntiqə uyğun bir addım deyil və bu qanun dəyişdirilməlidir”.
Fransa Müsəlmanları Şurasının seçkiləri iyunun 5-də Fransanın müxtəlif şəhərlərində keçiriləcək. Şura 2003-cü ildə təsis olunub və bu ölkədə yaşayn müsəlmanların problemlərini həll etmək məqsədi ilə dövlət orqanları ilə əməkdaşlıq edir. 780576
captcha