İQNA Quran agentliyinin “coe” saytına istinadən məlumatına əsasən, Dinlərarası Beynəlxalq Əməkdaşlıq Şurasının təşəbbüsü (ICIRC) AP-də keçirilən müzakirədə Beynəlxalq İmam Camaatlar Təşkilatı və dünyanın müxtəlif ölkələrindən dini və elmi şəxsiyyyətlər iştirake dəcək.
AP-nin iclasında Brüksel İslami-Mədəni Mərkəzinin sədri Xalid Əl-Əbri, Hindistan İmam Camaatlar Təşkilatının baş katibi İman Əmir İlyasi, AP üzvi Richard Henry Czarnecki, Dinlərarası Beynəlxalq Əməkdaşlıq Şurasının müşaviri Prakash Goossens və digər şəxsiyyətlər iştirak edəcəklər.
Qeyd edək ki, Dinlərarası Beynəlxalq Əməkdaşlıq Şurası 2009-cu ildə müxtəlif din rəhbərlərinin təklifi ilə İslam, Xristian, Yəhudi və digər dinlər arasında əlaqələrin araşdırılması məqsədi ilə Belçikada təsis olunub. Şuranın hazırda İsveçrə, Belçika və Hindistanda nümayəndəlikləri var. 783662