IQNA

Azərbaycan dövlətinin yeni siyasəti: digər dinlərə azadlıq, müsəlmanlara isə məhdudiyyətlər

15:20 - May 02, 2011
Xəbər sayı: 2116014
Beynəlxalq şöbə: Azərbaycan dövləti bu ölkədə müsəlmanlar üçün hər gün yeni məhdudiyyətlər yaratdığı bir vaxtda, digər din mənsubları ilə onların azadlıqlarını təmin etmək məqsədi ilə yeni razılaşmalar imzalayır.
İQNA Quran agentliyinin “kipa-apic” saytına istinadən məlumatına əsasən, Azərbaycanda qeyri-islami din mənsublarına daha çox azadlıqlar verən razılaşma elə bir vaxtda imzalanır ki, bu ölkənin müsəlmanlarına hər gün yeni məhdudiyyətlər tətbiq olunur, əksəriyyəti müsəlman olan bu ölkədə məscidlər bir-birinin ardıyca səbəbsiz yerə bağlanılır.
Azərbaycanın Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ötən həftənin cümə günü Vatikan nunsisi Klaudio Qucerotti ilə yeni razılaşma imzalayıb. Həmin razılaşmaya əsasən, katolik xristianlar bu ölkənin bütün şəhərlərində azad şəkildə ibadətlərini və xristian dinin ayinlərini yerinə yetirə bilərlər.
Əldə olunmuş razılaşmada göstərilir ki, katolik kilsəsi Azərbaycanda öz fəaliyyətlərini azad şəkildə həyata keçirə bilər və xristian dinin yayılması istiqamətində bütün işləri görə bilər.784082
captcha