İQNA Quran agentliyinin “al-islam” saytına istinadən məlumatına əsasən, ilk dəfə olaraq İsveçrənin Lausanne şəhərinin məscidində yeni müsəlman olmuş şəxslərin iştirakı ilə geniş miqyasda konfrans keçiriləcək.
Bu günün “yeni müsəlmanlar” günü kimi adlandırılmasından məqsəd yeni müsəlman olmuş şəxsləri bir-biri ilə tanış etmək və onların İslam dinini din kimi qəbul etmələrinin səbəblərinin araşdırılmasıdır.
Milli “Yeni müsəlmanlar” günündə elmi simpoziumlar, Quranın qiraəti, alimlərin çıxışı və eləcə də yeni müsəlman olmuş şəxslərin təcrübələri keçirilən konfrans çərçivəsində müzakirə olunacaq.
Qeyd edək ki, İsveçrədən ikinci ən böyük din İslam dinidir. Bu ölkədə müsəlmanların sayı getdikcə artmaqdadır və ölkə cəmiyyətinin 4 faizini təşkil edir. Bu ölkədə 90 İslami mərkəz fəaliyyət göstərir. 2010-cu ildə bu ölkədə məscidlər üçün minarələrin tikilməsi qadağan olundu. Dövlətin bu qərarı ölkə müsəlmanlarının, BMT və Avropa Birliyinin narazılığına səbəb oldu. 786469