Bəhreyn Azadlıq Hərakatının baş katibi və 14 fevral İnqilabçılar Koalisiyasının sözçüsü Əbdül-Rəuf Əl-Şayib İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, “Ali Xəlifə rejiminin hərbiçiləri işğalçı Ali Səud rejiminin hərbiçilərinin dəstəyi ilə mənim Manamada olan şəxsi evimə hücum edib”.
O əlavə edib ki, Ali Xəlifə və Ali Səud rejiminin muzdurları həmçinin “Əl-Cəvahir” uşaq baxçasına hücum ediblər. Həmin uşaq baxçasının müdirəsi mənim həyat yoldaşımdır.
Əl-Şayib deyib ki, hərbiçilər qardaşım oğlu Səlah Əl-Şayibi oğurlayib aparıblar. Evi təftiş ediblər və bir sıra sənədlər özləri aparıblar.
Qeyd edək Əl-Şayib 14 fevral İnqilabçılar Koalisiyasının rəsmi sözçüsüdür. O Ali Xəlifə rejimin qarşı mübarisini aparır və hazırda Britaniyanın paytaxtı Londondadır. 787898