İQNA Quran agentliyinin “aps” saytına istinadən məlumatına əsasən, Quran məktəbində iki dildə (Ərəb və Fransız) dilində şagirdlərə Quran öyrədilir.
Quran məktəbinin direktoru Əbubəkr Əndva Darul-Firdovs məktəbinin açılış mərasimində bildirib ki, hər bir müsəlman İslam dinin əsaslarını və dini ayinləri öyrənməlidir. Quranı öyrənməyi müsəlmanlar öz gündəli proqramlarında yerləşdirməlidir və bu yolla ilahi maarifə yiyələnməlidir.
Qeyd edək ki, Darul-Firdovs Quran məktəbində İslam dinin əsasları, Quranın qiraəti və əzbərlənməsi, Ərəb və Fransız dillərinin öyrədilməsi kursları təşkil olunacaq. 787793