İQNA Quran agentliyinin məlumatına əsasən, İranın Nəzarət Şurasının Katibi və Tehran Cümə namazının xətibi Ayətullah Cənnəti Tehranda Beynəlxalq Kitab sərginin təşkili və Böyük Məqamlı Rəhbər Ayətullah Xameneinin həmin sərgiyə baxış keçirməsinə toxunaraq deyib ki, bu onu göstərir ki, İran İslam Respublikasının kitaba nə qədər dəyər verdiyinin göstəricisidir.
Daha sonra Ayətullah Cənnəti öz xütbəsi zamanı "vilayəti fəqih" anlayışı haqqında danışıb.
“Vilayəti-fəqih ölkənin bütün problemlərinin açarıdır. Bu ölkə "vilayəti-fəqih" ölkəsidir" deyən İmam Cümə İran Kəşfiyyatının rəhbəri Heydər Moslehinin istefaya göndərilməsi və İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin işə qarışması ilə bu istefanın ləğvi haqqında danışıb.
Ayətullah Cənnəti bu məsələdə ölkədə ikitirəlik və təfriqə yaranacağını gözləyən xarici qüvvələrin sevindiklərini bildirərək, sonda onların istəklərinə çatmadığını bildirib.
İmam Cümə belə məsələlərdə İslam Respublikasında təfriqələrin yaranmasına ən böyük maneənin "Vilayəti fəqih" olduğunu önə çəkərək onun işə qarışması ilə məsələnin həll olduğunu və düşmənlərin məğlub olduğunu qeyd edib.
“Düşmnənlər iki məsələni unudublar. Birincisi budur ki, bizim xalqımız dəyərlər üçün öz canlarını qurban verirlər. Düşmənləri səhvə salan ikinci bir məsələ Vilayəti fəqihin yeri və mövqeyidir”, -deyə Cənnəti deyib.
Cənnəti əlavə edib ki, Bizim xalqımız heç kimsə ilə qardaşlıq müqaviləsi bağlamayıb. Xalqımız İslam, Peyğəmbər (s), İmam Xumeyni və Böyük Rəhbərin yolu ilə gedir və Aşura və Qədir məktəbində tərbiyə alıb, -deyə Cənnəti deyib.
Düşmənlər Vilayəti-fəqihdən zərbə yediyi üçün ondan qorxur. Ölkədə bütün qüvvələr in öz öhdəlikləri var və əgər Allahın, Peyğəmbərin yolu ilə gedən Vilayəti-Fəqih hiss etsək ki, dəyərlər və məsləhətlər ayaq altına alınır o zaman məsələyə müdaxilə edir.
Tehranın Cümə namazının xətibi xütbəsinin digər hissəsində Bəhreyn xalqının Ali-Səud və Ali-Xəlifə rejimləri tərəfindən qırğın edilməsini də sərt tənqid edib.
Ayətullah Cənnəti Səud rejimindən Bəhrenydəki qırğınları dayandırmağa çağırıb.
Çıxışının sonunda İrana qarşı sanksiyaların bir nəticə vermədiyini önə çəkən İmam Cümə bu sanksiyalardan sonra İranın bütün sahələrində inkişafın olduğunu bildirib.790901