IQNA

Tehranda “Terrorizmə qarşı beynəlxalq koalisiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək

20:44 - May 13, 2011
Xəbər sayı: 2121351
Siyasi şöbə: İranın paytaxtı Tehranda mayın 14-də “Ədalətli sülh naminə terrorizmə qarşı beynəlxalq koalisiya” mövzusunda konfrans keçiriləcək. Konfransda ölkə daxilindən yüzlərlə və digər ölkələrdən 150 ekspert iştirak edəcək.
İQNA Quran agentliyinin məlumatına əsasən, Beynəlxalq İslami Sülh Assambeleyasının katibi Davud Amiri deyib ki, terrorizmin məhv edilməsi üçün lazımdır ki, dünya səviyyəsində ədalətli, ağıllı və qarşılıqlı anlaşma mühiti yaradılmalıdır.
O Tehranda keçiriləck “Ədalətli sülh naminə terrorizmə qarşı beynəlxalq koalisiya” konfransın hazırkı şəraitdə terrorizmlə mübarəzə üçün zəruri addımlardan biri kimi dəyərləndirib və deyib ki, konfransın keçirilməsindən məqsəd alimlər və bu sahədə fəalların koalisiyasını yaratmaqdır. “Konfransın əsəs strategiyası terrorizmin köklərini və nəticələrini tanımaq və beynəlxalq səviyyədə terrorizmlə mübarizə metodlarının çatışmamazlığı və insani dəyərlərə üstünlük verərək dünyada sülh və ədalətin qurulmasıdır”, -deyə Amiri deyib.
O əlavə edib ki, konfransı təşkil edən katiblik konfransın keçirilməsi üçün 7 ay çalışmalar aparıb. “Konfransda 1000 nəfərdən çox elmi, mədəni şəxsiyyətlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək”, -deyə Amiri deyib.
Qeyd edək ki, mayın 14-15-də Tehranda keçiriləcək konfrans çərçivəsində cümə günündən İranda və Yaxın Şərq regionunda terror qurbanı olmuş şəxslərin özlərinin və ailələrin foto,karikatura sərgisi başlanılıb. Sərgi konfrans günlərində saat 15-17-dək konfransın keçirildiyi binada təşkil olunacaq.
Konfransda iştirak etmiş xarici qonaqlar cümə günə İmam Xumeynin məqbərisini ziyarət ediblər. Onlar həmçinin şəhidlərin qəbrini ziyarət ediblər.
Qeyd edək ki, konfrans İslami Sülh Assambeleyası, Tehran universiteti , İranın Düşüncə Mərkəzi və bir sıra qeyri-hökumət təşkilatlarının təşəbbüsü və əməkdaşlığı ilə keçirilir. Mayın 15-də Tehranın Vəhdət Sarayında konfransın bağlanış mərasimi keçiriləcək. 790906
captcha