Beynəlxalq şöbə: İslam Konfransı Təşkilatı (İKT) Fələstinin işğalının 63-cü il işğal günü və İsrail adlanan dövlətin təsis olunması günü münasibəti ilə ki, “Faciə günü” kimi tanınır dünya ölkələrini və beynəlxalq təşkilatları müstəqil Fələstin dövlətinin təşkilini dəstəkləməyə çağırıb.
İQNA Quran agentliyinin “Nəsic” saytına istinadən məlumatına əsasən, İKT Fələstinin müstəqilliyini rəsmiyyətə tanıyan ölkələrə təşəkkür edərək, Fələstinin müstəqilliyini indiyədək tanımayan ölkələri Fələstinə qarşı ədalətsizliyə son qoymağa çağırıb.
İKT-nin bəyanatında bildirlir ki, İKT Fələstin xalqının yanındadır və fələstinliləri öz azadlıqlarını və müstəqilliklərini əldə edənədk dəstəkləyəcək.
Fələstinlilərin öz torpaqlarından didərgin düşməsindən 63 il ötür . Bu cinayətlər hələdə davam edir. Bu iyirminci əsrdə ən qorxunc və təhlükəli cinayətlər olub.
İKT İsrail rejimini Fələstin xalqına qarşı cinayətlərə, yeni şəhərciklərin tikilməsinə, divarın tikilməsinə son qoymağa çağırıb.792621