IQNA

Fransanın Toul şəhər məscidinə hörmətsizlik edən şəxslər həbs olunub

23:35 - May 19, 2011
Xəbər sayı: 2125079
Beynəlxalq şöbə: Fransa məhkəməsi iki ifratçı irqçi gənci Toul şəhər məscidinə hörmətsizlik etdikləri üçün 18 ay azadlıqdan məhrum edib.

IQNA Quran agentliyinin “estrepublicain” saytına istinadən məlumat verir ki, Fransanın Nansi şəhər məhkəməsi iki 21 yaşlı gənci Toul şəhər məscidinə hörmətsizlik etdikləri üçün 18 ay azadlıqdan məhrum edib.
Məlunata əsasən, həmin gənlcər Toul şəhər məscidi gecə daxil olub, məscidin divarlarına islama zidd şüarlar yazıblar və məscidin divarına donuz başı asıblar. Həbs olunan şəxlsər məhkəmədə törətdikləri əmələ görə peşiman olduqlarını dilə gətiriblər və bağışlanmağı tələb ediblər.
Qeyd edək ki, həmin iki gənc azadlıqdan məhrum edilməklə yanaşı həmdə 25 min avro cərimə ödəməlidirlər.793401
captcha