İQNA Quran agentliyinin “Əl-Ray” qəzetinə istinadən məlumatına əsasən, İordaniyanın Ərbəd əyalətinin Vəqflər təşkilatının sədri Mərvan Əl-Rəyhanə bildirib ki, Quranı öyrənməyə maraqlı olan 200 min nəfər oğlan və qızın Quran öyrənməsi üçün şərait yaradılıb.
Ərbəd əyalətinin məscidlərində 64 Quran əzbərləmə mərkəzi yay aylarında Quran öyrədəcəklər.
Əl-Rəyhanə bildirib ki, yay aylarında fəaliyyət göstərəcək Quran mərkəzləri tezliklə fəaliyyətlərini başlayacaq.
İordaniyanın Ərbəd əyalətinin Vəqflər təşkilatının sədri həmçinin bildirib ki, təşkilat Quran öyrənilməsi kurslarından əlavə yetimlərə dəstək proqramları həyata keçirir, İordaniyada 12 məscidinin inkişaf etdirilməsi üçün 300 min dinar vəsait ayırıb. 15 məsciddə təmir və bərpa işləri görmək üçün 50 min dinar və 5 yeni məscinin tikilməsi üçün 750 min dinar vəsait ayırıb. 797537