IQNA

Mərakeşdə “İslami memarlıq sahəsində yeni araşdırmlar” mövzusunda konfrans keçirlib

21:45 - May 25, 2011
Xəbər sayı: 2128626
Beynəlxalq şöbə: Mərakeşin paytaxtı Rabatda ötən gün “İslami Memarlıq sahəsində yeni araşdırmalar” mövzusunda konfrans keçirilib.
İQNA Quran agentliyinin “aufaitmaroc” saytına istinadən məlumatına əsasən, konfrans Mərakeş Milli Kitabxanası və ABŞ və Mərakeş müştərək əməkdaşlıq komissiyasının təşəbbüsü ilə (MACECE) sivilizasiyalararası əməkdaşlıqların artırılması məqsədi ilə keçirilib. .
Konfransda Amerikalı professor Ronald A.Messierin Mərakeşdə İslami memarlıq , tarix və dini sivilizasiya sahəsində araşdırmaları müzakirə olunub və onun çəkdiyi zəhmətlər qiymətləndirilib.
Konfransda həmçinin Ronald Messierin yazdığı “Əlmərabtun və məfhum cihad” adlı kitabı Mərakeşin müsəlman ziyalıları və tarixçiləri müzakirə olunub.
Mərakeşə İslamın gəlmə tarixi, Mərakeşdə İslamın memarlıq və şəhərsalma üslubuna təsiri kimi məsələlər də müzakirə olunub.798423

captcha