IQNA

İrqçiliyə və ayrıseçkiliyə etiraz əlaməti olaraq Bolqarıstanda müsəlmanlara gül paylandı

22:05 - May 25, 2011
Xəbər sayı: 2128630
Beynəlxalq şöbə: Bolqarıstanın paytaxtı Sofiyada şəhər sakinləri bəzi irqçi və ifratçı qurupların Baniya Başı məscidinə hücumuna etiraz əlaməti olaraq ötən gün müsəlmanlara gül payladılar.
İQNA Quran agentliyinin “ajib” saytına istinadən məlumatına əsasən, Sofiya şəhər sakinləri ötən gün Baniya Başı məscidinin qarşısına toplaşaraq ötən həftənin cümə günü Ataka İrqçi və İslama zidd quruplaşmasının bu məscidə hücumunu pisləyiblər və müsəlmanlara gül paylayıb məscidin qarşısına gül çələngləri qoyublar.
Bir qurup irqçilik ilə mübarizə aparan qruplar və azadlıq tərəfdarları Baniya Başı məscidinə edilən hücuma etiraz əlaməti olaraq bu məscidin qarşısına gül çələngləri qoyulması təklifini Facebouk social şəbəkəsində irəli sürmüşdü ki, bu təklif Sufiya şəhər sakinlərini tərəfindən müsbət qarşılanmışdı. Əhali razılaşaraq dünən günorta həmin məscidin qarşısına toplaşıb və irqçilik siyasətlərinə etiraz ediblər.
Qeyd edək ki, Bolğarıstanın İfratçı milliyyətçi partiyasının (ATAKA partiyasının) sədri Folen Sidorovun tərəfdarları ötən həftənin cümə günü Sufiya şəhər məscidinə hücum etmişdi. Məscidin xalçalarını yandırmış, namaz qılan şəxsləri daşa basmışdılar. Hücum nəticəsində onlarla müsəlman xəsarət almışdı. Ataka partiyasının tərəfdarları həmçinin Sofiya şəhərində mitinq keçirərək müsəlmanlara zidd şüarlar səsləndirmişdilər.
Sidorov oktyabrın 11-də Bolqarıstanda keçiriləcək president seçkilərində namizədliyini irəli sürəcək. O öz tərəfdarlarını müsəlmanlara qarşı mitinqlər təşkil etməyə çağırıb. Bolqrıstanda bir milyondan artıq müsəlman yaşayır. 798170
captcha