İQNA Quran agentliyinin “marebpress” saytına istinadən məlumatına əsasən, seminar “Quranın qədim nüsxəsi, Quranın qorunması üçün İlahi nişanə” adı altında keçirilib. Seminarda əlyazma Quranlar haqqında məsələlər müzakirə olunub.
Seminarda həmçinin Yəmənin Came məscidindəki əlyazma Quranın tarixi araşdırılıb. Həmin Quranda ayələrdən başqa, Əməvi Came məscidinin və Qübbətul Səxrənin şəkili də çəkilib. Əlyazma Quranların saxlanılması və qorunması məsələləri müzakirə olunub. 801548