IQNA

Yəməndə “Quranın qədim nüsxələrinin araşdırılması” üzrə seminar keçirilib

23:31 - June 01, 2011
Xəbər sayı: 2132566
Beynəlxalq şöbə: Yəmən İslami İrşad və Mədəniyyət Təşkilatının əlyazmalar inistitunun təşəbbüsü ilə “Quranın qədim nüsxələrinin araşdırılması” mövzusunda seminar keçirilib.



İQNA Quran agentliyinin “marebpress” saytına istinadən məlumatına əsasən, seminar “Quranın qədim nüsxəsi, Quranın qorunması üçün İlahi nişanə” adı altında keçirilib. Seminarda əlyazma Quranlar haqqında məsələlər müzakirə olunub.
Seminarda həmçinin Yəmənin Came məscidindəki əlyazma Quranın tarixi araşdırılıb. Həmin Quranda ayələrdən başqa, Əməvi Came məscidinin və Qübbətul Səxrənin şəkili də çəkilib. Əlyazma Quranların saxlanılması və qorunması məsələləri müzakirə olunub. 801548
captcha