İQNA Quran agentliyinin məlumatına əsasən, konfrans İslam İnqilabının banisi və qurucusu İmam Xumeyni (rə) vəfatının iyirmi ikinci ildönümü münasibəti ilə təşkil olunub. Konfransda “Beynəlxalq münasibətin tənzimlənməsində bağışlamaq və dəstəyin rolu” mövzusu müzakirə olunur.
Konfransda İmam Xumeyninin (rə) vəfatının ildönümü münasibəti ilə Tehranda olan əcnəbi qonaqlar da iştirak edirlər.
Konfrans bu gün Quran ayələrinin tilavəti ilə açılıb. Sonra Vəliyyi Fəqihin İmam Xumeyni (rə) adına İmdad komitəsinin nümayəndəsi Həbibullah Əsgərövladi , Komitənin sədri Həsən Ənvari , İran Pralamentinin Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaiddin Brucerdi və digərləri çıxış ediblər.
Konfransda “Bağışlamaq Quranda və hədislərdə və onun İslami birlikdə rolu”, “Peyğəmbərin (s) hərəkətlərində bağışlamağın yeri”, “Quran və Hədislərdə bağışlamağın əxlaqi təsiri” və digər mövzular müzakirə olunub. 802225