IQNA

Qətərdə Quranda və hədislərdə adları çəkilmiş bitgilərin foto sərgisi təşkil olunub

22:18 - June 02, 2011
Xəbər sayı: 2132863
Beynəlxalq şöbə: Qətərin paytaxtı Doha şəhərində Quranda və İslam Peygəmbərinin (s) hədislərində adları çəkilmiş bitgilərin foto sərgisi təşkil olunub.
İQNA Quran agentliyinin “Əl-Şərq” qəzetinə istinadən məlumatına əsasən, sərgi ötən həftədən Doha şəhərində təşkil olunub. “Ekologiya turu” adlı sərgi iyul ayının 5-dək davam edəcək.
Sərgidə hər bir bitginin şəkilinin yanında Ərəb və İngilis dillərində həmin bitgilərin xasiyyətləri və sağlamlığa faydaları haqqdına məlumatlar dərc olunub. Həmin şəkillərdə olan bitgilərin əksəriyyəti Qətərin Qurani-Kərim bitgi Bağında mövcuddur. Bu bağ Qətərin elm, təhsil və ictimai inkişaf müəssisəsi tərəfindən təsis olunub və həmin bağda Quranda və İslam Peygəmbərinin (s) hədislərində adlar qeyd olunan bitgilər becərdilir.
Həmin bağ dünyada analoqu olmayan bağlardandır. Orada tələbələr, alimlər bitgilərlə tanış olur və onların faydalarını araşdırırlar. 802209
captcha