İQNA Quran agentliyinin “Atlasinfo” saytına istinadən məlumatına əsasən, Britaniya dövləti “ifratçılıqla mübarizə üçün yeni qanular” təsdiq eləməyə çalışdığı bir zamanda Britaniya Müsəlmanlar Şurası təsdiq olunacaq “yeni qanunlar”ın əslində müsəlmanlar üçün məhdudiyyətləri artırmağa xidmət etdiyini bəyan edir.
Bəyanatda bildirilir ki, müsəlmanların adını bədnam etmək üçün təsdiq olunacaq qanunlar, İslam dinini terrorizmlə eyniləşdirmək, dünyada terrorizmlə mübarizəyə heç bir kömək etməyəcək. Kameronun yürütdüyi siyasət Britaniyada 11 sentyabr hadisələrindən sonra müsəlmanlara qarşı yürüdülən siyasətin davamıdır.
Bəyanatda bildirilir ki, dövlətin yürütdüyi siyasət səbəb olub ki, hələ qanun təsdiq olmamış bəzi İslami təşkilatlar ifratçı quruplar kimi təqdim olunur və dövlətin bu təşkilatlara yardımları kəsilib.
Qeyd edək ki, Britaniya dövləti ifratçılıqla mübarizə üçün yeni bir qanun layihəsini təsdiq edərək icra etmək niyyətindədir. Layihə əsasən terrorçuluqda ittiham olunan şəxslər, internet və həbsxanada ifratçılıqla mübarizəni gücləndirmək üçün daha çox vəsaitin ayrılması. 805345