IQNA

Londonda Məbəs bayramı və İmam Əli (ə) mövludu münasibəti ilə bayram şənliyi keçiriləcək

18:55 - June 11, 2011
Xəbər sayı: 2136276
Beynəlxalq şöbə: Londonda Britaniya İslami Mərkəzində İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə çatması – Məbəs bayramı və Əmirəl-möminin həzrət Əli (ə)-ın mövludu münasibəti ilə bayram şənlikləri təşkil olunacaq.
İQNA Quran agentliyinin “ic-el” saytına istinadən məlumatına əsasən, Britaniya İslami Mərkəzində İmam Əli (ə) mövludu münasibəti ilə iyunun 16-da Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə təntənəli bayram şənliyi keçiriləcək.
Şənlik yerli vaxtla saat 19:30-da başlayacaq. Əhli-Beyt (ə) aşiqləri üçün müxtəlif proqramlar təşkil olunacaq.
Qeyd edək ki, Britaniya İslami Mərkəzində iyunun 30-da İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə çatması – Məbəs bayramı münasibəti ilə də təntənəli bayram şənliyi keçiriləcək. Şənlikdə Londonda yaşayan müsəlmanlar iştirak edəcək. 806502
captcha