İQNA Quran agentliyinin “ic-el” saytına istinadən məlumatına əsasən, Britaniya İslami Mərkəzində İmam Əli (ə) mövludu münasibəti ilə iyunun 16-da Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə təntənəli bayram şənliyi keçiriləcək.
Şənlik yerli vaxtla saat 19:30-da başlayacaq. Əhli-Beyt (ə) aşiqləri üçün müxtəlif proqramlar təşkil olunacaq.
Qeyd edək ki, Britaniya İslami Mərkəzində iyunun 30-da İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə çatması – Məbəs bayramı münasibəti ilə də təntənəli bayram şənliyi keçiriləcək. Şənlikdə Londonda yaşayan müsəlmanlar iştirak edəcək. 806502