IQNA

Hollandiyada “Qərbdə İslami şəriət qaydalarının işlədilməsi” mövzsunda konfrans keçiriləcək

22:43 - June 11, 2011
Xəbər sayı: 2136335
Beynəlxalq şöbə: Hollandiyanın “Leiden” Universitetinin İslami Araşdırmalar Mərkəzinin (LUCIS) təşəbbüsü ilə iyunun 20-21-də “Qərbdə İslami şərişət qaydalarının işlədilməsi” mövzusunda konfrans keçiriləcək.
İQNA Quran agentliyinin “sociorel” saytına istinadən məlumatına əsasən, konfransda İslami Şəriət qaydaları və onun Qərb qanunlarında və ictimaiyyətində tətbiqi kimi məsələlər müzakirə olunacaq.
Konfransda əsas mövzu İslam şəriət qanunlarının ailə, valideyn, övladlarla bağlılığı və həmin qanunların araşdırılması və İslam şəriət qanunlarının Qərb ictimaiyyətində mövcud olan qanunlarla müqayisəsidir.
Konfransda Leiden Universitetinin İslami Araşdırmalar Mərkəzinin ekspertləri, müsəlman alimlər və imam camaatlar iştirak edəcəklər.
Konfransda müzakirə olunacaq digər məsələlərdən biri Qərb ölkələrində müsəlman ailəsində dünyaya gəlmiş yeni nəsil və onların şəriət qanunları ilə qərb qanunları arasında başlarını itirməsidir. 806474
captcha