IQNA

Bəhreyndə xalq yenidən Ali Xəlifə rejiminə qarşı mitinq keçirir

17:44 - June 12, 2011
Xəbər sayı: 2136958
Beynəlxalq şöbə: Bəhreyndə minlərlə insane ötən gün Ali Xəlifə rejiminə öz nifrətini bildirmək üçün xiyabanlara çıxıb və geniş miqyaslı mitinq keçirib.
İQNA Quran agnetliyinin “AFP” agentliyinə istinadən məlumatına əsasən, Bəhreynin ən böyük şiə və müxalif partiyası olan Milli Vifaq Partiyasının dəvəti ilə təşkil olunan mitinq, ilk dəfədir ki, Ali Xəlifə rejiminin rəsmi icazəsi ilə keçirilən mitinqdir.
Bəhreynin Əl-Vifaq Partiyasının sabiq sədr müavini Hadi Əl-Musəvi bildirib ki, mitinq “Bəhreyn” hamının vətəni” adlı şuarla və ölkədə fövqəladə vəziyyətin ləğvindən bir həftə sonra Sar kəndində təşkil olunub.
O əlavə edib ki, mitinq iştirakçıları xiyabanlarda olarkən polis kənardan mitinqə nəzarət edirdi və mitinq iştirakçılarına qarşı təzyiqlər göstərmədi.
Əl-Musəvi əlavə edib ki, mitinqin keçirilməsindən məqsəd Bəhreyn rəsmilərinə hələ də ölkədə islahatın aparılmasının istəməyimizi nümayiş etdirmək idi və biz şüar verirdik ki, “xalq rejimdə islahatın aparılmasını istəyir”.
Əl-Vifaq partiyasının rəhbəri mitinqdə çıxış edərək bildirib ki, son üç ayda Bəhreyndə baş verənlər qorxulu qara bir dövr idi Bəhreyn üçün və bu ölkənin bədəninə çoxlu dərin yaraların izini qoyub.

Qeyd edək ki, iyunun əvvəlində Bəhreyn hökuməti fövqəladə vəziyyəti ləğv edib. Bundan sonra Bəhreyndə müxtəlif qruplar mitinqlər keçirib ki, polisin müdaxiləsi ilə mitinq dağıdılıb. 807153
captcha