IQNA

Omanda keçirilən Quran müsabiqəsinin qaliblərinin adı iyunun 20-də açıqlanacaq

18:01 - June 12, 2011
Xəbər sayı: 2136961
Beynəlxalq şöbə: Omanda keçirilən Quranın hifz və qiraəti üzrə iyirmi birinci dövr müsabiqənin qaliblərinin adları iyunun 20-də Sultan Qabus İslami Mərkəz tərəfindən açıqlnacaq.
İQNA Quran agentliyinin “Times of Oman” qəzetinə istinadən məlumatına əsasən, Sultan Qabus İslami Mərkəzin baş katibi Həbib bin Məhəmməd Əl-Riyami müsabiqənin qaliblərinin adını açıqlayacaq.
Qaliblər Quranın 24 cüzünün təcvid qaydaları ilə əzbər oxuması, 18 cüzün təcvid qaydaları ilə əzbər oxunması, 12 cüzün təcvid qaydaları ilə əzbər oxunamsı və 6 cüzün təcvid qaydaları ilə əzbər oxunması üzrə bir-birləri ilə yarışıblar.

Sultan Qabus İslami Mərkəzi üç nəfəri birinci, ikinci və üçüncü yerin qalibi kimi elan edəcək. Qaliblərə Ramazan ayında keçiriləcək mərasimdə mükafatlar təqdim olunacaq.
Mükafatlandırma mərasimdə qalib gəlmiş üç nəfərdən başqa fərqlənən daha 17 iştirakçıya hədiyyələr təqdim olunacaq. Quran müsabiqəsi hər il Omanda təşkil olunur. Bu ilki müsabiqədə 617 nəfər kişi və qadın bir-birləri ilə yarışıblar.
Müsabiqə mar ayının əvvəlində başlayıb və bir neçə mərhələdə ölkənin müxtəlif şəhər mərkəzlərində keçirilib. Müsabiqənin final mərhələsin may ayının əvvəlində olub. 807069
captcha