İranın Quran agentliyinin hesabatına əsasən, Əmirliyin çap olunan “Darol-Xəlic”qəzetinin yazdığına görə, Əmirliyin elmi araşdırmalar və təlim-tərbiyə naziri Nehyan Mübarək, Əl-Nehyan və bu ölkənin ali instutlarının rəisi, Əbdullah Şəvitin yazılı-qarşılıqlı razılaşması ilə, Əmirliyin İslam bankının icraçı müdiri bu filialların təsisi üçün rəsmi icazə verdi.
Bu, islami fəaliyyət göstərən bankın xüsusi filiallarını təsis etməkdə əsas məqsəd, tələbələrin gələcək ixtisaslarında maliyyə və bank işləri zəminində, xüsusilə də maddi-islami xidmətlərdə inkişafını gücləndirməkdir.
İmzalanmış qarşılıqlı razılaşmaya əsasən, Əmirliyin islam bankı, regionda qabaqcıl maliyyə müəssisələrindən biri kimi İslam bankının filiallarına nəzarət edir və bu filialların büdcə xərclərinin təminini 3 il müddətində öhdəsinə götürür.
Adı çəkilən qarşılıqlı-razılaşma əsasında, Əmirliyin islam bankı həmçinin xüsusi seminarların həyata keçirilməsi və tələbələrin bank sahəsində inkişaf və istedadlarını artırmaq üçün, təlim-tərbiyə proqramlarının hazırlanmasını tənzimləyir.
Qeyd etməliyik ki, Əmirliyin İslam bankı bu ölkənin instutları ilə möhkəm və yaxın əməkdaşlıq edir və islam bankının fəaliyyət sahəsində tənzimlədiyi proqramları bütün Əmirlikdə bu instutların ixtiyarında qoyur.
809980