İran Quran Xəbər Agentliyi (İQNA): Misirin “Əlvofud” xəbər bürosunun məlumatına görə ƏL-Əzhərin rəsmi diplomatı Mahmud Əbdül-Cavad bu xəbəri elan edərək dedi: Əl-Əzhərin şeyxi Əhməd Əl-Təyyeb Əl-Əzhər universitetinin qeyri-ərəb tələbələrinə ərəb dilinin tədrisinə kömək məqsədilə İslam inkişaf bankı ilə qarşılıqlı razılaşma imzaladı.
Bu qarşılıqlı razılaşma İslam inkişaf bankının rəisi Əhməd Əli ilə Şeyx Əl-Əzhər arasındakı görüşdə imzalandı və Əhməd Əl-Təyyeb bu görüşdə Əl-Əzhərin gələcək planları, o cümlədən ərəb dilinin qeyri-ərəb tələbələrə ən maraqlı üsul ilə tədrisini müzakirə etdi.
Adı çəkilən qarşılıqlı razılaşmaya əsasən, İslam inkişaf bankı Əl-Əzhər universitetində ərəb dili tədris mərkəzinin yaxşılaşdırılması üçün 300 min dollar ayırdı və bu layihə xaricilərin ərəb dilinin tədrisi üçün həyata keçiriləcəkdir ki, onlar da öz ölkələrində Quranın dilinin əhatə dairəsini genişləndirsinlər.
809494