İQNA Quran Xəbər Agentliyi: Rəssam və İslam mədəniyyətində dini elmlər üzrə tədqiqatçı Doktor Məhəmməd Xəzai İranın Quran xəbər agentliyinə müsahibəsində dedi: din və incəsənət eyni məqama malikdir və hər ikisinin kökü insanın fitrəti və təbiəti ilə bağlıdır. İncəsənətin ən mühüm amillərindən biri də onun insan mənəviyyatı ilə sıx əlaqəsidir.
Xəzai dini baxımdan incəsənətin xüsusiyyətlərinə işarə edərək dedi: İncəsənət nümayəndələrinin əsərləri dindən qaynaqlanır, hünər sahibinin qəlbi onu həqiqi gözəlliyə tərəf aparır və bu gözəllik onun əsərlərində üzə çıxır.
O dedi: bir çox müsəlman incəsənət nümayəndələri hünərin mənəvi irsini İslam dövründə dəyişiklik olmadan öz əsərində işlədir və onun bariz nümunəsini İranlıların rəsmlərində olan həmin mələk şəklində görmək olar.
Xəzai sonda dedi: Rəssamlıq İslam mədəniyyəti və incəsənətində zahiri gözəlliklər baxımından ən ali məqama malikdir, din və mənəviyyatın göstəricisidir.
810399