İranın Quran xəbər agentliyinin və “mm blog” xəbər bürosunun məlumatına əsasən iclas “Ana məhəbəti” adlı təşkilatın köməyi ilə yerli vaxtla saat 14-də dini məsələlərə məhəbbəti olan xanımların iştirakı ilə Sartouville məscidində keçiriləcək.
Bu elmi iclasda işçi xanımlardan biri dini və Quran mövzuları, İslam dininin əhkamı, mübarək Ramazan ayı, rəcəb ayının fəzilətləri, xanımlarla bağlı olan Quran ayələri, Qurani-Kərimin əzbərlənməsi üsulu haqda iştirak edənlər üçün danışacaq.
“Ana məhəbbəti” təşkilatının üzvləri pulsuz şəkildə bu iclasda iştirak edə bilərlər, ancaq iştirak etmək istəyən digər şəxslər isə təşkilatın və dini kitabların himayəsi üçün müəyyən məbləğ ödəməlidirlər.
“Ana məhəbbəti” təşkilatının məqsədi budur ki, bu iclasları nizamlı olaraq hər ay keçirsin və iştirak etmək istəyənlərdən bu cəmiyyətə üzv olmaqla dini kitabların alınması və islam kitabxanasının təkmilləşdirilməsində kömək etmələrini istəmişdir.
811824