.
İran Quran Xəbər Agentliyi (İQNA): İran Quran Xəbər Agentliyinin Qum şöbəsinin məlumatına əsasən, Sudanın mədəniyyət naziri Semuel Xələfullah Əlqüreyş xordad ayının 30-u Ayətullah Uzma Mərəşi Nəcəfinin kitabxanası ilə tanış olarkən dedi: Bu kitabxana Rəsuli-Əkrəmin hədislərinin mənəvi amillərlə əlaqəsi mühüm amillərdəndir.
Sudanın mədəniyyət naziri bu kitabxanadakı dini kitabların çoxluğuna işarə edərək, bunu yüksək dəyərləndirdi və izah etdi: Ayətullah Uzma Mərəşi Nəcəfinin kitabxanası gərək İslam ölkələrinin alimləri üçün bir irsə çevrilsin. .
O Allaha dua etdi ki, Ayətullah Uzma Mərəşi Nəcəfinin bu yolu və dəyərli xidmətlərini davam etdirmək şərəfi onun övladlarına nəsib olsun ki, bu misilsiz xəzinənin keşiyini yaxşıca çəksinlər. .
O, sonda Ayətullah Uzma Mərəşi Nəcəfinin bu qiymətli kitabları toplamaqda çəkdiyi əziyyətləri xatırladaraq dedi: O, bütün canını və qanını bu dəyərli kitabların əldə olunmasına sərf etmişdir. 812475