IQNA

Pakistanın müsəlman xalqı Quran təlimi yolunu davam etdirməyi tələb etdi

16:47 - June 28, 2011
Xəbər sayı: 2146029
Beynəlxalq şöbə: Pakistanın müsəlman xalqının xidməti nümayəndəsi və Keraçinin birinci rəhbəri Nemətullah xan tir ayının 5-i müsəlmanlardan Quran təlimi yollarını davam etdirməyi tələb etdi.

İran Quran Xəbər Agentliyi (İQNA) və «The Nation» xəbər bürosunun məlumatına əsasən, Nemətullah xan Keraçi şəhərində məktəb şagirdlərinin mükafatandırılması mərasimində dedi: İslam ümməti Quran təlimlərini öyrənməklə və bu yolu davam etdirməklə dünyanı hidayət edə bilərlər.
O, əlavə etdi: Quran müsəlmanların həyatının yolgöstərənidir və İslam ümmətinin hazırki şəraitini Qurani-Kərim təlimlərinin yoxluğu ilə müşahidə olunur.
Keraçi şəhərinin müsəlman xalqının nümayəndələrindən biri olan Məhəmməd Hüseyn Mohnəti də bu mərasimdə zəlzələ və sel zamanı zərər çəkmişlərə kömək edən “Xidmət” partiyasının rəhbərlərinə təşəkkür etdi.
Həmçinin, “Alimlər birliyi” cəmiyyətinin rəhbəri Mövlana Qasım və Quran qarisi Zəmir Əxtər Mənsuri və digər pakistanlı şəxslər bu mərasimdə iradla çıxış etdilər. 815989
captcha