IQNA

Fransalılar üçün Ramazan ayının şəri vaxtlarının onlayn təqvimi nəşr olundu

20:44 - June 29, 2011
Xəbər sayı: 2146740
Beynəlxalq şöbə: Ramazan ayının şəri vaxtlarının ilk onlayn təqvimi Fransanın ən böyük şəhərlərində nəşr olundu.
İran Quran Xəbər Agentliyi (İQNA) və «pageshalal» xəbər bürosunun məlumatına əsasən, Mübarək Ramazan ayında oruc tutanlar şəri vaxtın müəyyənləşdirmək üçün elektron təqvimi http://pageshalal.fr islam saytından əldə edə bilərlər.
Paris, Nis, Tuluz, Lil, Burdu, Bezansun, Amiyen, Tur və bir çox böyük şəhərlərin müsəlmanları bu islam saytına müraciət etməklə nəzərdə tutulan şəhəri seçməli və 2011-ci ilin mübarək Ramazan ayında günəşin çıxması və batması və digər şəri vaxtları öyrənə bilərlər.
Həmçinin vebsaytın rəhbərləri élan ediblər ki, bu elektron təqvim hələ ibtidai səviyyədə təşkil olunub və zaman keçdikdə İSlamla bağlı çoxlu məlumatlar bu təqvimdə öz əksini tapacaq. 816645
captcha