Hind şiə alimi və tədqiqatçısı Seyyid Şəhvar Həsən Nəğəvi Əmruhuye Hendi İran Quran Xəbər Agentliyi (İQNA) ilə müsahibəsində bu məsələ barədə məlumat verdi: Quran ucu-bucağı görünməyən bir dənizdir ki, hər kəs orda üzə bilər, yeni nadir cövhərlər əldə edə bilər. Buna əsasən, hər il müsəlmanların Qurani-Kərimin müxtəlif dillərdə yeni tərcümə və təfsirləri zəminində səy göstərmələri zəruri işdir. Bu sahədə xüsusən şiələr çox fəal iştirak etməlidirlər.
O, “Hind yarımadasında şiələrin əsərləri” adlı digər kitabında Hind, Pakistan, Banqladeş şiə müəlliflərinin 17 dildə 12500 kitabınlarını da təqdim etmişdir və bu barədə bildirmişdir: Hind alimlərin , xüsusən də şiə alimlərinin çoxsaylı kitabları Quran və İslam elmləri sahəsində yazılmışdır ki, bunlar da Hindistanın müxtəlif kitabxanalarında oxucuların istifadəsinə verilmişdir. Bu kitablardan çoxu fars dilində Quran təfsirlərinə həsr olunmuşdur. Bunlardan 27 cildlik “Ləvameəl Tənzil” kitabının yeni nəşrinə tələbat çoxdur.
Hind şiə alimi və tədqiqatçısı Seyyid Şəhvar Həsən Nəğvi Əmruhuye Hendi Hindistanın Berili universitetində doktorluq dərəcəsini almışdır və elmi fəaliyyətini davam etdirmişdir. Hind yarımadasında şiə əsərlərini hind dilində Nəhcül-Bəlağə və təzkirələr, o cümlədən tədqiqat işləri təşkil edir. 819151