IQNA

Tunisdə “İbn Əli” rejimi dağılandan sonra Quran fəaliyyətləri rövnəqləndi

14:27 - July 09, 2011
Xəbər sayı: 2151257
Beynəlxalq şöbə: Tunis ölkəsində “İbn Əli” rejimi dağılandan sonra Quran fəaliyyətləri dövlət səviyyəsində çox əhəmiyyət kəsb etdi və bu sahədə çox saylı işlərə start verildi.
İranda 28-ci Beynəlxalq Qurani-Kərim müsabiqələrində Qurani-Kərimi tam əzbərləmə sahəsində uğur qazanmış Tunis ölkəsinin nümayəndəsi İsmayıl Əl-əvani bu məsələni qeyd etməklə dedi: Quran fəaliyyətləri Tunisdə öz çiçəklənmə dövrünü yaşayır.
Bu 20 yaşlı Quran hafizi əlavə etdi: İranın beynəlxalq Quran müsabiqələrində ilk dəfədir ki, iştirak edirəm, mənim fikrimcə bu müsabiqələrin və onların iştirakçılarının səviyyəsi çox yüksəkdir, onlarla rəqabət aparmaq həqiqətən çox çətin işdir. Mən Allah-Təaladan bu çətin müsabiqələrdə mənə kömək etməyini arzulayıram.
O, Qurani-Kərimi necə əzbərlədiyi haqda danışdı: Mən 17 yaşından Qurani-Kərimi əzbərləməyə başladım və iki-üç il ərzində Allahdan kömək diləməklə Qurani-Kərimi tam əzbərləməyə nail oldum.
Tunis ölkəsinin nümayəndəsi və Kamil Qurani-Kərim hafizi İsmayıl Əl-əvani çıxışının sonunda Peyğəmbəri-Əkrəmdən (s) bir neçə hədis deyərək əlavə etdi: Peyğəmbər (s) cavanlara Qurani-Kərimi oxumağı, ona əməl etməyi tövsiyyə edirdi.
821902
captcha