IQNA

İslam fərdi əməliyyat banklarının III qurultayı keçiriləcək

11:22 - July 10, 2011
Xəbər sayı: 2151713
Beynəlxalq şöbə: İslam fərdi əməliyyat banklarının III qurultayı cari ilin mehr ayının 26-28-də Dubay şəhərində keçiriləcək.
İran Quran Xəbər Agentliyi (İQNA): «Fleminggulf» xəbər bürosunun məlumatına əsasən, islam bankının 300-dən çox bank işçisi və sahibkarı bu üç günlük qurultayda iştirak edəcəklər.
Qurultayda qeyd edildi ki, İslam fərdi əməliyyat bankları inkişaf yolundadır və orada islam bankının gələcək planları və imkanları, bankçılığın məntəqələrdə inkişafı, iqtisadi baxımdan Həcc və Ümrə xidmətlərinin tədqiqatı, müsəlmanları və qeyri-müsəlmanları bu yola sövq etməyin yolları və s. mövzularda danışıqlar aparıldı.
İslam fərdi əməliyyat banklarının II qurultayı 1389-cu il aban ayının 3-5-də müxtəlif ölkələrin islam banklarının nümayəndələrinin iştirakı ilə Dubayda keçirilmişdi. Həmin qurultayda İslam bankçılığının inkişaf prinsipləri, Fars körfəzi həmkarlar şurasında qadınların maliyyə baxımından azadlığı, islam banklarının satış mərkəzlərinə nüfuzu və s. mövzular müzakirə olundu. 822111
captcha