IQNA

Bruneydə şagirdlər tərəfindən Qurani-Kərim xətm olundu

16:29 - July 11, 2011
Xəbər sayı: 2152715
Beynəlxalq şöbə: Bruneydə bir sıra qız və oğlan şagirdlər tərəfindən Qurani-Kərimin tapşırılması bir müddət öncə başlanmışdır, lakin tir ayının 18-I bağlanış mərasimi ilə öz işini başa vurdu.
İran Quran Xəbər Agentliyi (İQNA): “Brunei Online” xəbər bürosunun məlumatına əsasən, bir sıra qız və oğlan şagirdlər tərəfindən Qurani-Kərimin tapşırılması layihəsi Bruneyin Movara məntəqəsinin Məsin məscidində həyata keçirildi.
Bu layihə şagirdləri Qurani-Kərimin qiraətinə, Quranla ünsiyyətə həvəsləndirmək və onların valideynləri tərəfindən şagirdlərdə təcvidə və gözəl oxunuşa rəğbət hissi oyatmaq məqsədilə məscidlərdə davamlı olaraq keçiriləcək.
Bir sıra qız və oğlan şagirdlər tərəfindən Qurani-Kərimin xətmi mərasimi fatihə surəsinin və Qurani-Kərimin xətmi duasının oxunması və Bruney şəhərinin bəzi nüfuzlu şəxslərinin çıxışı ilə sona çatdı.
Bu mərasimin sonunda bu layihədə iştirak edən şagirdlərə tablolar hədiyyə verildi. 823068
captcha