IQNA

Bruneydə xanımlara məxsus Qurani-Kərimin kamil əzbərlənməsi müsabiqələri başa çatdı

16:37 - July 11, 2011
Xəbər sayı: 2152719
Beynəlxalq şöbə: Bruneydə xanımlara məxsus Qurani-Kərimin kamil əzbərlənməsi müsabiqələri tir ayının 18-I qaliblərin mükafatlandırılması ilə öz işini tamamladı.
İran Quran Xəbər Agentliyi (İQNA): “Brunei Online” xəbər bürosunun məlumatına əsasən, bu müsabiqələr “Bruneydə qızların hidayət olunması” qurumunun təşkilatçılığı sayəsində iki hissədə- Bruneyin Bəndər Səribəqavan şəhərində yerləşən “Seyyidina Həsən” mədrəsəsinin azyaşlıları və yeniyetmələrinin iştirakı ilə keçirildi.
Bu müsabiqə iştirakçıları əsasən 5 yaş qrupunda 7-12, 13-16, 17-21, 21 yaşdan və 30 yaşdan yuxarı xanımlar rəqabət aparırdılar.
Bu müsabiqələrin sonunda hər qrupdan ilk 3nəfər hədiyyələrlə mükafatlandırıldı.
Xanımlara məxsus Qurani-Kərimin qiraəti müsabiqələrinin keçirilməsi “Bruneydə qızların hidayət olunması” qurumunun əsas fəaliyyətlərindən biri hesab olunur və bu müsabiqələr hər il 1986 –cı ildən bəri bu ölkədə keçirilir. 822881
captcha