IQNA

Nyu-Yorkun Queens kolleci tərəfindən islam incəsənət onlayn muzeyi fəaliyyətə başladı

16:20 - July 21, 2011
Xəbər sayı: 2157513
Beynəlxalq şöbə: İslam dünyası incəsənət onlayn muzeyi islam xalqı və müsəlmanlara kömək məqsədilə Queens kolleci tərəfindən fəaliyyətə başladı.

İran Quran Xəbər Agentliyi (İQNA): Nyu-Yorkda çap olunan “Queens Courier” qəzetinin məlumatına əsasən, bu onlayn muzeydə islam incəsənət əsərləri, o cümlədən Nasir Davud Xəlilinin məcmuələri sərgiyə qoyulacaq.
Islam incəsənət onlayn muzeyi dünyada islam və müsəlmanların daha çox tanınması məqsədilə Queens kolleci tərəfindən həyata keçirilir.
Queens kollecinin rəhbəri Cimez Muyseknez elan etdi ki, bu kollec Xəlili ilə həmkarlıq edərək gələcəkdə də islam tədqiqatı kürsülərinə sahib olacaq.
Nasir Davud Xəlili İngiltərədə yaşayan iranlıdır. Mədəni-incəsənət əsərlərinə sahib olduğu üçün Queens kollecində şöhrət tapmışdır. Onu da qeyd etməliyik ki, o da həmin kollecin məzunudur. 828704
captcha