IQNA

Moskva universitetində dini yazıların dəyərləndirilməsi komissiyası işə başladı

16:37 - July 21, 2011
Xəbər sayı: 2157526
Elm və təfəkkür şöbəsi: Rusiya müsəlman ruhaniləri idarəsinin həmkarlığı ilə Moskva universitetində dini yazıların dəyərləndirilməsi üçün mərkəzi komissiya təşkil olunacaq.
İran Quran Xəbər Agentliyi (İQNA): İslam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, bu xəbər haqqında Krosnodar müsəlmanlarının müftisi Nurebi Yemiz Şimali Qafqaz Respublikalarının müftiləri ilə görüşündə məlumat verdi.
O, dedi: Bizim dinimizə görə məntəqə məhkəmələri səbəbləri bildirmədən bu kitabların nəşrini qadağan edir. Bundan əlavə, elm və tədris müəssisələrinə ezam olunan müəllimlər islam qaydaları ilə tam tanış deyillər.
Yəmiz bütün xalqın diqqətini Krosnodar məntəqəsində məscidlərin tikilməsinə cəlb etdi, bu məntəqədə də indi 150 –dən çox müsəlman sakinləşib, amma heç bir dənə də məscid mövcud deyil.
Onun dediyinə görə, Ruhanilər idarəsi hal-hazırda belə islam mərkəzlərinin tikilmə xərcindən daha çox, onun tikiləcəyi yer barədə düşünür. 828470
captcha